Şah restoranının zalı

Xətai, Bakı · Azərbaycan

Tarixin dadı.

Azərbaycan milli mətbəxi və Şah İsmayıl Xətaiyə həsr olunmuş rəsm qalereyası.

Şah İsmayıl Xətai
Nəcəfqulu Rəfiyev küç. 25A Hər gün 11:00–00:00
Şah restoranının zalı
Hər Qonağa - Şah qulluğu!

01 / Restoran

Mətbəx və tarix bir ünvanda.

Saray mətbəxindən ilham alan yeməklər, milli naxışlar və Azərbaycan rəssamlarının əsərləri. Şahın süfrəsi Xətai tarixini bu günə gətirir.

Qalereya
Tarixçə və adətlər

Restoranın yaranma tarixçəsi öz kökü ilə gələcək tarixçi-restoratorun məktəb illərinə gedib çıxır.
Məhz məktəbdə, tarix dərslərində o ilk dəfə Şah İsmayıl Xətai haqqında öyrənmiş və ona rəğbəti yaranmışdır.
Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alarkən o öz biliklərini genişləndirmiş və Şah İsmayılın nailiyyətlərinin təbliğinə hansı qeyri-adi üsulla töhfə verə biləcəyi haqqında düşünməyə başlamışdır.
Yalnız elm sahəsində deyil, həmdə sahibkar kimi iş həyatında uğur əldə etdikdən sonra, o Azərbaycan tarixinin Şah İsmayıl dövrünü geniş kütlələrin diqqətinə çatdırmaq qərarına gəlmişdir.
Şah İsmayılın şərəfinə paytaxt rayonlarının birinin, metro stansiyasının, prospektin, ali hərbi ordenin adlandırılmasına, onun heykəllərinin Azərbaycanın bir sıra şəhərlərini bəzəməsinə baxmayaraq, restoran-muzey yaradılması fikri yaranır.
Xalqın mədəniyyəti onun qonaqpərvərliyindən, qonaqpərvərlik isə qonaqlar üçün açılan süfrədən başlayır.
Müvafiq yer xüsusi olaraq Xətainin adını daşıyan rayonda eyni adlı metro stansiyasının və onun heykəlinin yerləşdiyi bağçanın yanında seçilir, restoranın interyeri Şah İsmayılın həyat və yaradıcılığına həsr ediləcək və həmin dövrünün təamları təqdim ediləcək orta əsr ab-havasının canlandırılması işlərinə başlanılır.
Arxivlərin öyrənilməsi, əcnəbi qonaqlara şah masasında təqdim edilən yeməklərin təsviri, o cümlədən Şah İsmayıl Xətainin şəxsi aşpazının “Karnamə” kitabından reseptlər bizə autentik saray mətbəxini yenidən canlandırmağa imkan verdi.
Beləliklə, yalnız interyerin deyil, həm də mətbəxin qonaqları Şah sarayına apardığı Azərbaycanın ilk tematik restoranı yarandı.
Kifayət qədər kiçik zaman kəsiyində restoran paytaxt sakinlərinin, eləcə də qonaqların sevimli məkanına çevrildi.
Dörd il keçdikdən sonra isə restoranı genişləndirilərək, zövqünüzü oxşayan əsərləri almaq imkanını da təqdim edən rəsm əsərləri qalereyasının da yaradılması qərara alındı.
Restoran divarlarını bəzəyən hər bir əsər Şah İsmayıl Xətainin həyat və qəhrəmanlıqlarını tərənnüm edir, onlar haqqında bütün qonaqlarımıza ətraflı məlumat verilir.
Qalereyada istedadlı Azərbaycan rəssamlarının əsərləri təmsil olunur.

Qonaqlarımızın diqqətinə!

Şah İsmayılın vəfat etdiyi gün, 23 may tarixində biz qonaq qəbul etmirik.
Şah İsmayılın doğum günü, 17 iyulda bütün qonaqlara 17% endirim təqdim edilir.
İsmayıl adlı qonaqlara 10% endirim təqdim edilir. *
Doğum günü 17 iyul olan qonaqlara 10% endirim təqdim edilir. *
Şahın sağlığına badə qaldırmaq istəyənlərə bir qədəh ev şərabı ikram edilir.

* Şəxsiyyət vəsiqəsi təqdim edildikdə.

Şah İsmayıl Xətai

Şah İsmayıl Xətai qılınc və qələmi bərabər tutan Azərbaycan xalqının görkəmli şəxsiyyəti — şair və hökmdarıdır. Artıq 14 yaşında gənc İsmayıl Səfəvi dövlətinin əsasını qoymuş, hakimiyyətinin pik vaxtında onun sərhədləri Amudəryadan Fərata qədər uzanmışdır. Şah İsmayıl Azərbaycan torpaqlarını vahid dövlətin tərkibində birləşdirmiş ilk hökmdar olmuşdur. 1501-ci ildə Təbrizə daxil olan İsmayıl Azərbaycan Şahı titulunu qəbul etmişdir.

Şah İsmayıl Xətainin hakimiyyət illəri Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və milli özünüdərkının çiçəklənməsi dövrüdür.

Onun ordusunun əsasını müxtəlif türk tayfalarından yığılmış qızılbaş süvariləri təşkil edirdi. Bu adı onlar başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolağı olan çalma qoyduqlarına görə almışdılar. Şah İsmayıl görkəmli dövlət xadimi olmaqla yanaşı, Səfəvi təriqətinin də şeyxi idi.

İsmayıl hələ uşaq yaşlarından güləşə və ova həvəs göstərirdi. Bununla yanaşı o, mütaliə etməyi və şeirlər yazmağı da xoşlayırdı. Şah İsmayılın hakimiyyəti dövründə Azərbaycan dili rəsmi dövlət dili elan edilmişdir. “Xətai” təxəllüsü ilə yazdığı şeirlərin əksəriyyəti məhz doğma Azərbaycan dilində yazılmışdır. Onun yaratdığı “Divan”a (şərq ədəbiyyatında lirik şeirlər toplusu) qəzəllər və digər janrlarda yazılmış şeirlər toplanmışdır. Şah İsmayıl yaradıcılığı bütün türkdilli poeziyaya təsir göstərmiş Azərbaycan poeziyasının klassiklərindən biri hesab edilir. Xətainin bir çox əlyazmaları onun mahir rəssam və xəttatlıq bacarığını təsdiq edir.

Döyüş meydanlarında misilsiz qəhrəmanlıq göstərən Xətai həm də gözəl səsə malik istedadlı musiqiçi idi. Kiçik yaşlarından bərbət və sazda gözəl ifa edirdi. Tədqiqatçıların fikrincə saz müasir formasını məhz Şah İsmayılın hakimiyyəti dövründə qazanmışdır. Xətai hələ həyatda ikən bir çox dastan və rəvayətlərin qəhrəmanı olmuşdur.

Böyük sərkərdə və şair 1524-cü ildə 37 yaşında vəfat etmişdir.

Şah İsmayıl Ərdəbil şəhərində Səfəvilərin “Darul-İrşad” məqbərəsində dəfn edilmişdir.

Restoranın şəkilləri

04 / Rezervasiya

Sizi süfrəmizə gözləyirik.

Ailə şamı, görüş və ya xüsusi gün üçün masa rezerv edin. Tədbirlər üçün bizimlə əlaqə saxlayın.

İnteryer fotosu
Rezervasiya

Bizim məkanda Siz sehrli mətbəximizdən dada, gözəl mühitdə işgüzar danışıqlar apara və ya romantik bir şam edə bilərsiz.

Həmçinin biz Sizin üçün istənilən tədbirləri təşkil etməyə şad olarıq.

Ümumi ovqat, həzin musiqi və əlbəttə ki, Azərbaycan mətbəxinin nəfis təamları Sizin banket, yubiley və ya ad günü haqqında uzunmüddətli təəssürat bəxş edəcək.

05 / Bakı

Bizə gəlin.

Ünvan

Nəcəfqulu Rəfiyev küç. 25A
Xətai rayonu, Bakı, Azərbaycan

İş vaxtı

Hər gün 11:00–00:00
Mətbəx saat 23:00-da bağlanır.

Telefon və e-poçt

+994 55 772 38 33
+994 12 489 11 87
shah@shah.az

Şah restoranının girişi